Toqonun Teleradio və Kommunikasiya Baş İdarəsi Fransanın “France 24” telekanalına son rəsmi xəbərdarlıq edib.
QİA.az “tunisienumerique.com” saytına istinadla xəbər verir ki, televiziyanın Toqodakı universitet xəstəxanası barədə xəbəri qərəzli və yalan hesab edilir.
İdarə bildirir ki, kanal reportaj hazırlamaq üçün xəstəxana rəhbərliyindən icazə almayıb və eyni zamanda tərəflərin mövqeyini bərabər işıqlandırmayıb.