Tovuzda heyvan kəsim məntəqəsində 34 kq at əti satışının qarşısı alınıb

İyl15,2021

Azərbaycan Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan QİA.AZa verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Əyyublu kəndində fəaliyyət göstərən ət satışı məntəqəsində yoxlama keçirilib. Yoxlama zamanı məntəqədə ət satışının baytarlıq baxışı və baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub. Belə ki, orqanoleptik baxış zamanı mənşəyi və keyfiyyətinə ciddi şübhələr yaranan ümumi çəkisi 34 kq olan ətdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda müayinələrə cəlb olunub. Aparılan müayinələr nəticəsində qeyd olunan ətin “E-coli”, “BÇQB” və “Streptococcus spp” bakteriyaları ilə çirkləndiyi və at əti olduğu aşkar olunub. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız 34 kq at ətinin satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Oxşar Xəbərlər