Vətən müharibəsində Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi, 2000-ci il təvəllüdlü Əliyev Hüseyn Sahib oğlu Tovuzda dəfn edilib.
“QİA.AZ” xəbər verir ki, o, doğulduğu rayonun Əsirik-Cırdaxan kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, döyüş yoldaşları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, o, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.