Tovuzdakı akademiyada ilk toplanış başlayır

Fev8,2021
Tovuzdakı akademiyada ilk toplanış başlayır

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 9-da təlim-məşq toplanışına başlayacaq.

“QİA.AZ” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 11 gün davam edəcək hazırlıq prosesi Tovzudakı “Turan Tovuz” Futbol Akademiyasında gerçəkləşəcək.

Toplanışdan bir gün əvvəl futbolçular və məşqçi heyəti koronavirus testindən keçəcək.

Baş məşqçi Miloş Velebitin hazırlıq prosesinə dəvət etdiyi 26 futbolçudan biri Kamal Kazımov legionerdir. O, Türkiyə “Kasımpaşa”sının üzvüdür.

Şəhid İlqar Bürcəliyevin qardaşı, “Zirə”nin futbolçusu Tamerlan Bürcəliyev də dəvətlilər sırasındadır.

AD / SOYADKLUB
Elgün BayramovSəbail
Kamran ŞəbiyevSabah
Rza CəfərovNeftçi
Uğur İbrahimovZirə
Rəşad HəsənovKeşlə
Raqif AbuşovSabah
Sərvin İsmayılovSumqayıt
Nihad HəsənzadəKeşlə
Mirəli ƏhmədovNeftçi
Rəhim CəfərliZirə
Elşən MəmmədovZirə
Məhəmməd TağıyevKeşlə
Mahmud AğayevZirə
Aşqın AbazərovNeftçi
Rüstəm HümbətovSumqayıt
Musa MusazadəQarabağ
Vüsal ƏliyevZirə
Vüsal QənbərovKeşlə
Xəyal ƏliyevSəbail
Tamerlan BurcəliyevZirə
Kamal KazımovKasımpaşa (Türkiyə)
Məhəmməd SəfərovZirə
Mirmövsüm CanıyevQarabağ
Əşrəf ZeynallıSabah
Ümüd HəmzəyevZirə
Nəriman AxundzadəQarabağ

Qeyd edək ki, “Turan Tovuz” Futbol Akaemidiyasının açılışı yanvarın 16-da olub.

Oxşar Xəbərlər