Gündəm

Toyda karantin qaydalarını pozan 5 nəfər cərimələndi

Movavi

Bərdə Rayon Polis Şöbəsi və digər aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində pozuntu hallarının baş verdiyi toy məclisləri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan QİA.AZ-a verilən məlumata görə, yoxlamalar zamanı “Muğan Məkan” və “Samux” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkar edilərək, restoranlara cavabdeh şəxslər barəsində qanuna müvafiq tədbirlər yerinə yetirilib.

Davam etdirilən digər tədbirlərlə isə fərdi yaşayış evində keçirilən toy məclisində də karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb. Həmin məclisdə qonaqların sayının normadan artıq olduğu müəyyən edilib. Ev yiyəsi də daxil olmaqla ümumilikdə qayda pozuntusuna yol vermiş 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button