“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında son günlər sosial şəbəkələrdə toyları ilə gündəmdə olan xaçmazlı cütlük – İlqar və birinci qrup əlil olan Göyçək tanışlıq hekayələrindən bəhs ediblər.
İlqar Göyçəklə “TikTok” vasitəsilə tanış olduğunu bildirib:
“TikTok”a arabir girirdim. Göyçəyin açdığı canlı yayımlar qarşıma çıxırdı. Dəfələrlə yazsam da, cavab vermirdi. Bir gün cavab verdi. Evlərinə getdim, anasına fikrimin ciddi olduğunu, Göyçəklə evlənmək istədiyimi dedim”.
Cütlüklə bağlı sosial şəbəkələrdə mənfi rəy yazan şəxslərə Göyçəyin anası münasibət bildirib:
“Yazırlar ki, oğlan qıza puluna, evinə görə aşiq olub. Xahiş edirəm, onların xətrinə dəyməyin. Oğlanın valideynləri həyatda deyil, qızın da atası yoxdur. Onların atası da, anası da mənəm”.
Arzu xanım qızını ərə verdiyi üçün xoşbəxt olduğunu deyib: “Heç vaxt inanmazdım ki, qızımı ərə verə bilərəm bilərəm. Bu mənim üçün böyük hədiyyədir. Mən də onlara maddi kömək etməyə çalışıram. Qızım xəstədir, ona baxmaq çətindir. İlqar sağ olsun ki, qızıma baxacaq”.