“Sosial məsafə gözləməklə 2-5 masa ətrafında, yaxud vaxt məhdudiyyəti qoymaqla 3 saata toylar yekunlaşa bilər. Amma 50 nəfərin iştirakına icazə verilsin”.
“QİA.az” xəbər verir ki, bu sözləri “ARB24”-ə millət vəkili Fazil Mustafa bildirib.
Deputat qeyd edib ki, əks halda bu məsələ ailə içi münasibətlərin gərginləşməsi ilə nəticələnəcək: “Bir ailənin probleminin təxirə salınması digər sosial problemlərin yaranması ilə nəticələnə bilər”.
QİA.az