Toyların keçirilməsinə icazə veriləcək? -TƏBİB-dən rəsmi açıqlama

May20,2021 #toylar

Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.

“QİA.az” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də deyib.

Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq:

“İstər şadlıq mərasimləri, istərsə də digər kütləvi insanların bir yerə toplaşdığı mərasimlərin hamısı müzakirə olunur. Onlarla bağlı bəlli qaydalar hazırlanır. Biz artıq bir ildir deyirik ki, normal həyatın da anlayışı dəyişəcək”.

Oxşar Xəbərlər