Toyvo Klaar: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması çox vaxt aparmayacaq”

“Avropa İttifaqı (Aİ) iki ölkə arasında münasibətlərin normallaşdırılmasında erkən nəticə əldə etmək üçün Azərbaycan və Ermənistanla sıx əməkdaşlıq etməyi planlaşdırır”.

Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bəyan edib.

O, Aİ-nin Cənubi Qafqazda normallaşma prosesini dəstəklədiyini vurğulayıb.

“Biz bu istiqamətdə Ermənistan və Azərbaycanla birgə işləmək istəyirik ki, müsbət nəticə əldə edək. Düşünürəm ki, hər iki tərəfdə siyasi iradə olarsa, o qədər də vaxt lazım olmayacaq”, – deyə o, bildirib.

Oxşar Xəbərlər