TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 24 % azalıb

Dek16,2020

Bu ilin yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 32 mln 769,3 min ton, yük dövriyyәsi isә 7 mlrd 731,2 mln ton/km olub.

“QİA.AZ”ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 mln 340,7 min ton və yaxud 24 %azdır.

Son 1 ildə yük dövriyyəsi isə mlrd 480,1 mln ton/km və yaxud 16,1 %azalıb.

Hesabat dövründə yüklərin 17 mln 968,2 min tonu və yaxud 54,9 %-i avtomobil nəqliyyatı, 10 mln 631,3 min tonu və ya 32,4 %-i dəmir yolu nəqliyyatı, mln 169,8 min tonu və yaxud 12,7 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 20,8 %-ni və yaxud mln 821,8 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 203,7 min ton və yaxud 3,1 %çoxdur.

Oxşar Xəbərlər