ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib.
Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib.
“Bu insanlar Gestapo administrasiyasını idarə edirlər”, – Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib.
Eks-prezident həmçinin iddia edib ki, Bayden ölkə tarixində ən korrupsiyalaşmış prezidentdir.
Mənbə: TASS