Tramp Baydeni seçkilərdə qələbəsini elan etməməyə çağırdı

Noy 7, 2020
Tramp Baydeni seçkilərdə qələbəsini elan etməməyə çağırdı

ABŞ-ın hazırkı prezidenti Donald Tramp bildirib ki, demokratların namizədi Co Bayden seçkilərdə qələbə qazanması haqqında “qanunsuz” danışmamalıdır.

“QIA.AZ” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

ABŞ rəhbəri qeyd edib ki, məhkəmə araşdırması yenicə başlayıb.

“Co Bayden qanunsuz olaraq prezident vəzifəsinin hüquqlarını bildirməməlidir. Mən də bu barədə bildirə bilərdim. Məhkəmə təhqiqatları yenicə başlanır”, – Tramp tvitterdəki hesabında yazıb.

ABŞ-da prezident seçkiləri çərşənbə axşamı keçirilib. Bir sıra ştatlarda səsvermələrin nəticələri hələ məlum deyil. Çərşənbə axşamı Tramp marafonda qələbə qazanması haqqında bildirib və demokratları “seçkiləri oğurlamaq” cəhdində ittiham edib.

Oxşar Xəbərlər