ABŞ-ın hazırkı dövlət başçısı Donald Tramp növbəti dəfə iddia edib ki, prezident seçkilərində qalib gəlib.
Bu barədə “QİA.AZ” “RİA “Novosti”yə istinadən xəbər verir.
“Biz bu seçkilərdə qalib gəlirik”, – Corciyada tərəfdarları qarşısında çıxış edən Tramp bildirib.
O, yenidən demokratları seçkiləri saxtalaşdırmaqda ittiham edib. Trampın iddiasına görə, demokratların lehinə səslər “asma tavanlardan və dəri çuvallardan çıxıb”.
İlkin məlumatlara görə, prezident seçkilərini Trampın demokrat rəqibi Co Bayden udub. Lakin Tramp məğlubiyyətini etiraf etmir və nəticələrə yenidən məhkəmələrdə baxılmasına çalışır.
ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Birləşmiş Ştatların aparıcı mətbu orqanları siyasi marafonda demokratların qalib gəldiyini açıqlayıb.