ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların koronavirus əleyhinə peyvəndi bir neçə həftə ərzində hazır olacaq.
QİA.AZ bu barədə xarici mətbuata istinadən xəbər verir.
“Peyvənd gəlir, o hazırdır, onu həftələr ərzində elan edəcəklər”, – Tramp prezidentliyə namizəd Co Baydenlə debatda deyib.
“Bu zəmanət verilməmişdir (peyvənddir-red)”, – dəqiqləşdirici suala cavab olaraq Tramp etiraf edib. Ancaq onun sözlərinə görə, peyvəndin ilin sonundan tez hazır olacağı şansı var.
ABŞ prezidenti vaksinlərin istehsalçıları arasında J&J, “Moderna” və “Pfizer” şirkətlərinin məhsullarının bəyənilmiş ola biləcəyini qeyd edib.