Keçmiş ABŞ Prezidenti Donald Tramp ilk dəfə koronavirusa qarşı peyvənd olunduğu vaksinin adını açıqlayıb.
O, bu barədə “Yahoo Finance” portalına müsahibəsi zamanı danışıb.
D.Tramp bildirib: “Mən “Pfizer” peyvəndi vurdurdum, lakin mən onların hər birindən xoşbəxt olardım”.
Ağ Evin sabiq rəhbəri həmçinin yenidən peyvənd olunacağını da istisna etməyib.
Qeyd edək ki, ABŞ-da 3 istehsalçının (“Pfizer”, “Moderna” və “Johnson&Johnson”) peyvəndlərinin istifadəsinə icazə verilib.