ABŞ prezidenti Donald Tramp prezident seçkisindəki rəqibi Co Baydenlə arasındakı fərqi iki faiz bəndi azaldıb.
“QIA.AZ” xəbər verir ki, bu barədə “Fox News” sorğu məlumatlarına istinadən bildirib.
Sorğu oktyabrın 27-dən 29-dək olan müddətdə keçirilib.
Nəticələrə əsasən, respondentlərin 44%-i Trampı, 52%-i isə Baydeni dəstəkləyib.
Respondentlərin 2%-i başqa namizədi dəstəkləyib, digər 2% isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək.