ABŞ prezidenti Donald Tramp ölkədə keçirilən prezident seçkilərində kütləvi pozuntuların olduğunu bəyan edib.
“QİA.AZ” xəbər verir ki, bu barədə ABŞ prezidenti Ağ Evinin saytında yayımlanan müraciətində deyib.
“Ölkə daxilində bir sıra narahatedici pozuntular baş verib. Bir çox mübahisəli ştatlarda Respublikaçı partiyasının nümayəndələrinə müşahidə aparmağa icazə verilməyib” – deyə o bildirib.
Bundan əvvəl ABŞ-ın hazırkı prezidenti Donald Trampın komandası Filadelfiyada səslərin sayılmasının dayandırılması tələbi ilə məhkəməyə müraciət edib. Buna səbəb orada Respublikaçı partiyasından müşahidəçilərin olmamasıdır.