ABŞ-nin sabiq prezidenti Donald Trampa atəş açan şəxs Pensilvaniya sakini olan 20 yaşlı Tomas Metyu Kruks olub.
QİA.az xəbər verir ki, bu barədə CNN jurnalisti Ebbi Fillip yazıb.
20 yaşlı gənc Pittsburq şəhərinin Bethel Park adlanan məhəlləsində yaşayır.
Kruks Trampa yüz metr aralıdakı zavodun damından atəş açıb. Lakin uğursuz sui-qəsdçi ABŞ Məxfi Xidmətinin snayperi tərəfindən öldürülüb, cəsədinin yanında isə AR-15 tüfəngi aşkarlanıb.
Qeyd edək ki, hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Birləşmiş Ştatların dairə prokuroru Riçard Qoldinger yerli mətbuata bildirib ki, hadisədə ümumilikdə iki nəfərin ölüb. Onlardan biri mitinq iştirakçısı, digəri isə şübhəli şəxs olub.