ABŞ-nin sabiq Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi etmiş Tomas Metyu Kruksun zərərsizləşdirlməsinin görüntüləri yayılıb.
QİA.az xəbər verir ki, kadrları “Marca TV” dərc edib.
Bildirilir ki, 20 yaşlı qeyri-peşəkar sui-qəsdçi atəş açdıqdan dərhal sonra məxfi xidmət orqanlarının snayperçisi tərəfindən zərərsizləşdirilib.
Daha əvvəlki məlumatlara əsasən, Kruks Trampın çıxış etdiyi səhnədən təxminən 100 metr aralıdakı müəssisəsinin damından atəş açıb.