ABŞ-ın hazırkı Prezidenti Donald Trampın oğlu Erik Trampın həyat yoldaşı 38 yaşlı Lara Tramp 2022-ci ildə Senata seçkilərdə iştirak etməyi düşünür.
“QİA.AZ” NYT-a istinadən xəbər verir ki, mənbələrə görə Lara Tramp siyasi fəaliyyətə ata yurdu olan Şimali Karolinada başlamaq niyyətindədir. Belə ki, hazırda bu ştatı Senatda təmsil edən Riçard Berr artıq bir daha namizədliyini irəli sürməyəcəyini açıqlamışdı.
Qeyd edək ki, əvvəllər televiziya produseri, fərdi təkmilləşmə təlimçisi, hətta aşpaz işləmiş Lara Tramp 2016-cı və 2020-ci illər seçkiləri zamanı Donald Trampın seçki kampaniyasında müşavir olub.