ABŞ-nin keçmiş prezidenti Donald Trampın keçmiş müşaviri və kürəkəni Cared Kuşner qayınatasının potensial ikinci administrasiyası dövründə Ağ Evə qayıtmayacaq.
Bu barədə o, jurnalistlərə müsahibəsində bildirib.
Kuşner qeyd edib ki, Tramp noyabrda yenidən seçilsə belə, Mayamidə öz investisiya firması olan “Affinity Partners”də işləməyə davam edəcək.
Eyni zamanda, İvanka Trampın əri Ağ Evə qayıtmaq şansını da əldən buraxmaq istəmir.
“Həyatımda heç nə planlaşdırdığım ssenari üzrə getmir… Güman edirəm ki, o, (Tramp) yenidən vəzifəyə gəlsə, son administrasiyası zamanı reallıqdan daha yüksək səriştə və peşəkarlığa sahib olacaq”.