TÜİB Bakıda iftar proqramı təşkil etdi – FOTO

Bakıda Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə iftar proqramı təşkil olunub.

QİA.Az Musavat.com-a istinadən xəbər verir ki, TÜİB-in sədri Hüseyn Büyükfıratın aparıcılığı ilə keçirilən proqramda Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədr müavini Mətin Əskər, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, millət vəkilləri, iş adamları, şəhid ailələri və qonaqlar iştirak ediblər.

Daha sonra iftar tədbiri ilə bağlı Türkiyə Respublikasının Ticarət naziri Prof.Dr.Ömer Bolat, Türkiyə Respublikasının Prezidentinin Maliyyə Ofisinin rəhbəri Prof.Dr.Göksel Aşan və Ak Parti Genel Başkan Yardımcısı,Trabzon millət vəkili Mustafa Şenin məktubları oxunub.

Tədbirdə çıxış edən TÜİB prezidenti Büyükfırat Azərbaycana 32 il əvvəl gəldiyini və o vaxtdan bəri ölkənin böyük inkişafının şahidi olduğunu bildirib.

“Azərbaycan artıq qüdrətli bir ölkədir. Eyni zamanda Türk dünyasının da inkişafının şahidi oluruq. TÜİB olaraq Türk dünyasının qapısı olan Azərbaycanda üzərimizə düşəni etməyə çalışırıq”, – Büyükfırat deyib.

Oxşar Xəbərlər