“Biz 1992-ci ildə qətl edilərək öz torpağımızdan qovulmuşduq. Ancaq Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun rəşadəti sayəsində öz doğma torpaqlarımıza qayıtdıq”.
“QİA.az”ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, düşmən tərəfindən Şuşa darmadağın edilib, hətta daşlara belə amansızlıq göstərilib: “Ermənilər Şuşanı işğal etməklə bizim ruhumuzu dağıtmaq istədilər. Şuşa dünyanın ən gözəl mədəniyyət paytaxtlarından biri olacaq”.