İqtisadiyyat

Turizm sektorunun pandemiya üzündən çəkdiyi zərər hesablanıb

Koronavirus pandemiyası üzündən dünyada səyahətlərin məhdudlaşdırılması nəticəsində cari ilin 10 ayı ərzində turizm sektoruna bütövlükdə 935 milyard ABŞ dolları məbləğində zərər dəyib.

QİA.AZ  xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatından (UNWTO) bildirilib.

Məlumata görə, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində turizm infrastrukturunun qəbul etdiyi əcnəbi turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 900 milyon nəfər az olub. Nəticədə turizm sektorunun 1990-cı il səviyyəsinə qayıtdığı qeyd olunub.

Cari ilin yekununda beynəlxalq turistlərin sayının 70-75 faiz azalacağı gözlənilir. Bu da 1,1 trilyon ABŞ dolları həcmində maliyyə itkiləri deməkdir.

Əlaqəli xəbər

Back to top button