Turizmin koronavirusa təsiri dəyərləndirilib

Mehmanxanalarda qalmaqla bağlı ənənəvi turist səfərləri koronavirusa yoluxmanın artmasına gətirib çıxarmır.

QİA.AZ  xəbər verir ki, bu barədə Almaniyanın Robert Kox İnstitutundakı (Robert Koch İnstitut – RKİ) tədqiqatlardan çıxan nəticəni şərh edən “RİA Novosti” bildirir.

Belə ki, yoluxucu xəstəliklərə dair nüfuzlu elmi mərkəzlərdən olan RKİ səyahətlərin təhlükəsizliyinə dair rəy verərək COVID-19-a yoluxma sayına görə müxtəlif istiqamətləri “yaşıl”, “naringi”, “qırmızı” olaraq təsnifləndirir.

Almaniyaya koronavirusun sızma yollarını təhlil edən ekspertlər tətillər zamanı yoluxma hallarının xeyli artdığına diqqət yetiriblər. Belə ki, Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il yayda yoluxmaların 48 faizi xaricə səyahətlər nəticəsində ortaya çıxdığı halda, sentyabr ayında həmin göstərici 8 faiz olub. Gəlinən qənaətə görə, koronavirusu ölkəyə gətirənlər əsasən xarici ölkələrdən köçərək Almaniya vətəndaşlığı alanlar, habelə tətil vaxtı vətənlərinə gedib doğma və yaxınları ilə təmasda olan mövsümi və muzdlu işçilərdir.

Bununla belə cənubi və cənub-şərqi Avropa ölkələrinə səyahətlərin koronavirusun artmasına səbəb olmadığı da bildirilir. Mütəşəkkil turistlərin istirahət etdikləri məşhur kurortlarda ciddi epidemioloji təhlükəsizlik tədbirləri görülməklə yanaşı, bu kimi mərkəzlərdə turistlər adətən yerli sakinlərlə təmasda olmur.

Oxşar Xəbərlər