Azərbaycanı torpaqlarının azad edilməsi münasibətilə təbrik edirəm. Türk dövlətləri bundan sonra da Azərbaycanın yanında olacaq.
QİA.AZ-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev deyib.
“Çox şadıq ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik” – deyə, o vurğulayıb.
B.Amreyev əlavə edib ki, türkdilli dövlətlər, eyni zamanda, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.