“Türk Hava Yolları” aprel ayı üzrə uçuş cədvəlində dəyişiklik edə bilər

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) şirkəti bir sıra istiqamətlərdə həyata keçirilən aviareyslər üzrə apreldə müəyyən dəyişikliklər edilə biləcəyini açıqlayıb.

“QİA.az” xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı açıqlamada bildirilir.

Qeyd edilib ki, hazırda uçuş cədvəlinə görə aprelin 30-dək maksimum sayda aviareyslər həyata keçiriləcək: “Uçuş cədvəlində təqvim dəyişiklikləri texniki səbəblərə görə ola bilər”.

Vurğulanıb ki, hazırda THY 226 istiqamət üzrə aviareyslər həyata keçirir: “Belə ki, ötən ilin martın 21-dən qəbul edilmiş qərara görə, 2021-ci ilin 31 dekabr tarixinədək sərnişinlər biletlərini məhdudiyyətsiz dəyişdirə bilərlər”.

Xatırladaq ki, THY şirkəti 2020-ci ili 5,588 milyard lirə (təxminən 760 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki, aviaşirkət 2019-cu ildən 4,536 milyard lirə (təxminən 620 milyon dollar) mənfəətlə çıxıb. Milli aviadaşıyıcı 2020-ci ildə 46,4 milyard lirə (təxminən 6,3 milyard dollar) gəlir əldə edib. Bu, 2019-cu ilə nisbətən 38,2 % azdır.

Oxşar Xəbərlər