Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Şuşada səfərdədir

Sen 1, 2021

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Şuşa şəhərində səfərdədirlər.

“QİA.AZ”ın verdiyi məlumata görə, xarici KİV nümayəndələri əvvəlcə şəhərdəki mövcud vəziyyətlə tanış olublar.

Səfər çərçivəsində xarici jurnalistlər Birinci Qarabağ müharibəsi dönəmində ermənilər tərəfindən güllələnmiş Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün abidəsini ziyarət ediblər. Daha sonra isə Şuşa qalasında və Cıdır düzündə olublar.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlərlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Oxşar Xəbərlər