Türkiyə DİN: İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb

21.04.2024 15:58

İŞİD-lə əlaqəsi olan 36 şübhəli saxlanılıb.

“QİA.az” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.

“Ölkənin 4 vilayətində keçirilən əməliyyatlar çərçivəsində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 36 nəfər saxlanılıb”, – paylaşımda deyilir.

DİN-in məlumatına görə, son bir il ərzində Türkiyədə terror təşkilatının 3 mindən çox tərəfdarı saxlanılıb.

Oxşar Xəbərlər