Türkiyə İraqın şimalında hava əməliyyatı keçirdi – FOTO

Dek 11, 2023

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib və bu əməliyyat zamanı PKK terror qruplaşmasının 13 obyekti məhv edilib.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyinin “X” hesabında paylaşılan (keçmiş “Twitter”) məlumatında deyilir.

“Hava əməliyyatı dekabrın 11-də yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00-da – red.) həyata keçirilib. İraqın şimalında Qara, Metina, Hakurk və Kandil ərazilərində terrorçuların hədəflərinə zərbələr endirilib”, – deyə məlumatda qeyd olunub.

Oxşar Xəbərlər