İqtisadiyyat

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,527 mlrd ABŞ dolları, yaxud 1,8% artaraq 88,177 milyard ABŞ dolları təşkil edib.

“QİA.AZ” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 40,765 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 509 milyon ABŞ dolları, yaxud 1,3% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,018 mlrd ABŞ dolları, yaxud 2,2 % artaraq 47,412 milyard ABŞ dolları təşkil edib.

Əlaqəli xəbər

Back to top button