Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernləşdirilməsinə dəstək verir – Hulusi Akar

Dek 11, 2021

Hazırda Türkiyə Silahlı Qüvvələri “İki dövlət, bir millət” anlayışı ilə kədərdə və sevincdə bir arada olduğumuz Azərbaycan ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə dəstək verir.

bu sözləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan türkləri 44 gün davam edən və zəfərlə bitən Vətən müharibəsi ilə 30 illik işğala son qoyub.

“İmzalanmış atəşkəs bəyanatı çərçivəsində yaradılan Birgə Monitorinq Mərkəzində Türkiyə və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti birlikdə xidmət aparır, atəşkəsin davamlı olması və sabitlik üçün səy göstərir”, – deyə H.Akar bildirib.

Nazir, həmçinin qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina/PHS-lərin birgə axtarışı və zərərsizləşdirilməsinə dair fəaliyyət də davam etdirilir.

Oxşar Xəbərlər