Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Sedat Önalla Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər.
QİA.AZ-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
“BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, regional məsələlər, o cümlədən Suriya, Liviya və Dağlıq Qarabağda etibarlı nizamlanma vəzifələri diqqət mərkəzində olub”, – Rusiya XİN-dən bildirilib.