Türkiyədə ikimərtəbəli bina çöküb, 14 nəfər xəsarət alıb

Türkiyənin Malatya vilayətində ikimərtəbəli bina çöküb.

QİA.AZ-ın məlumatına görə, binanın uçması nəticəsində 14 nəfər xəsarət alıb.

Malatya əyalətinin valisi Aydın Baruş dağıntılar altında 10-15 nəfərin qaldığını bildirib.

Məlumata əsasən, hadisə Yeşilyurt rayonunda baş verib. Baş verən çökmənin səbəbi məlum deyil.

Oxşar Xəbərlər