Türkiyədə yanacaq tankerində 52 qanunsuz mühacir tapıldı: İkisi ölü, yeddisi huşsuz

Türkiyənin Qaziantep şəhərində polis tərəfindən saxlanılan yanacaq tankerində 52 qeyri-qanuni miqrant aşkarlanıb.

Onlardan ikisi tankerdə boğularaq ölüb, yeddisi isə huşsuz halda olub. Sonuncuların vəziyyətlərinin ağır olduğu müəyyən edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: NTV

Oxşar Xəbərlər