Türkiyə Ali Məhkəməsinin baş prokuroru Heydər Əliyev Mərkəzində olub -FOTO

May 31, 2021

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahin Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən QİA.AZ-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzinə səfər edib, orada yerləşən muzey və eksponatlar barədə onlara ətraflı məlumat verilib.

Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binası ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri beynəlxalq tədbirlərin, mətbuat konfranslarının keçirilməsi üçün nəzərdə tutulmuş konfrans zalları, müasir hüquq ədəbiyyatı, normativ-hüquqi aktlarla zənginləşdirilən, digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilən kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş “Qaynar xətt” əlaqə mərkəzi, digər dövlət qurumlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə tanış olublar.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində inzibati bina kompleksinə gəlib. Səmərəli işləmək üçün bütün imkanların yaradıldığı müasir inzibati bina kompleksi ilə bağlı Baş Prokuror Kamran Əliyev nümayəndə heyətinin üzvlərinə geniş məlumat verib.

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş Prokuroru Bəkir Şahinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

İctimaiyyətə səfərin gedişatı barədə ətraflı məlumat veriləcək.

Oxşar Xəbərlər