Türkiyə Aya uçuş üçün raket mühərrikini sınaqdan çıxarıb

Apr11,2021 #Ay #Türkiyə

Türkiyə Aya uçuşla bağlı raket üçün hibrid mühərriki uğurla sınaqdan çıxarıb.

QİA.az“-ın məlumatına görə, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank “Twitter” səhifəsində yazıb.

M. Varank deyib ki, Milli Raket Proqramının Ay missiyasının ilk mərhələsi çərçivəsində Aya sərt eniş üçün hazırlıq davam edir: ” FireSonda” (SORS) raket qurğusu və “RocketHibrit” raket mühərriki uğurla sınaqdan çıxarılıb”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər