Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə hazırlıqlar davam edir

Fev1,2021
Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə hazırlıqlar davam edir

Türkiyənin Qars şəhərində Azərbaycan Ordusunun Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının iştirakı ilə “Qış təlimi-2021” adlı təlimlərə hazırlıqlar davam edir.

“QİA.AZ” xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi tvitter səhifəsində bununla bağlı video paylaşıb.

“Fevralın 1-dən 12-dək Qarsda keçirəcəyimiz “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə hərbi təliminə hazırlıqlar davam edir. Hərbçilərimiz ortaq manevr çərçivəsində minaatanlardan atışlar gerçəkləşdiriblər”, – Nazirlikdən bildirilib.

Təlimlər Türkiyə-Azərbaycan birləşmiş taborlarının iştirakı ilə keçiriləcək.

Oxşar Xəbərlər