Türkiyə-Azərbaycan qaz kəmərinin tikintisinə hazırlıq başa çatıb – Nazir

İyn28,2021

Türkiyə ilə Azərbaycan arasında İğdır-Naxçıvan qaz kəmərinin tikintisinə hazırlıq işləri başa çatıb.

QİA.AZ“ın məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.

Nazir bildirib ki, hazırda Türkiyə bəzi texniki məlumatlarla əlaqədar Azərbaycan tərəfinin təsdiqini gözləyir:

“Bundan sonra qaz kəmərinin tikintisi başlanacaq. Marşrutun dəqiqləşdirilməsi və layihələndirmə üzrə işlərimiz başa çatıb”.

Qeyd edək ki, 2020-ci il dekabrın 15-də Azərbaycan və Türkiyə İğdır-Naxçıvan qaz kəməri layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Qaz kəmərinin buraxılış gücü ildə 500 milyon kubmetr təşkil edəcək.

Oxşar Xəbərlər