Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi üçün yeni investisiyalar cəlb edəcək

Noy16,2020

Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolunun genişləndirilməsi üçün yeni investisiyalar cəlb edəcək.

QİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karamollaoğlu deyib.

O bildirib ki, Türkiyə dəmiryol infrastrukturuna investisiyaları hədəfləyir:

“Türkiyə hökumətinin gündəliyində yeni dəmir yollarının tikintisi, o cümlədən sənaye-istehsalat zonalarını bilavasitə ticarət limanları ilə əlaqələndirəcək xətlərin çəkilişi dayanır”.

Nazirin sözlərinə görə, dəmiryol şəbəkəsinin tikintisi və investisiyaların artırılması ölkəyə lider mövqelərdə dayanmağa imkan verəcək:

“Biz Bakı-Tbilisi-Qars dəmir yolunun əsas hissələrindən biri olan Divriği-Kars dəmir yoluan investisiyaların cəlb olunması üzərində işləyirik. Biz xəttin buraxılış gücünün 5 milyon tondan 20 milyon tonadək çatdırılmasına çalışırıq. Azərbaycandakı son hadisələrdən sonra Naxçıvandan keçən yeni dəmiryol xəttini çəkməyi planlaşdırırıq”.

Oxşar Xəbərlər