Türkiyə Gürcüstan vasitəsilə Avropa İttifaqı ölkələrinə mal ixrac etmək hüququ əldə edib QİA.Az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.”Avropa İttifaqı, Gürcüstan və Türkiyə arasında sərbəst ticarət rejimi ixrac məhsullarının çeşidini əhəmiyyətli dərəcədə artıracaq. Xüsusilə, bu, tekstil, mebel, tikinti materialları, plastik, polad məmulatları, kağıza aiddir. Əlavə olaraq bu razılaşma Türkiyədən investisiyanı təşviq edəcək, müştərək şirkətlərin qurulmasını və yeni iş yerlərinin açılmasını sürətləndirəcək”, – açıqlamada deyilir.Nazirlik yeni müqavilənin kənd təsərrüfatı məhsullarına şamil edilməyəcəyini bildirib.Qeyd edək ki, Gürcüstan, Türkiyə və Avropa İttifaqı 2017-ci ildən bəri bu razılaşma üzərində işləyir.Türkiyə Gürcüstanın əsas ticarət tərəfdaşıdır. 2021-ci ilin yanvar-avqust aylarında ölkələr arasında ticarət dövriyyəsi 1,2 milyard ABŞ dollarını keçib və bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,5% çoxdur.