Türkiyə hərbçiləri PKK terrorçularını zərərsizləşdirib

İyn13,2021

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” antiterror əməliyyatı zonasında PKK-nın üç silahlısı zərərsizləşdirilib.

“QİA.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tvitterdəki səhifəsində bildirib.

Məlumata görə, terrorçular mağaralardan birində gizləniblər, amma vaxtında aşkar ediliblər.

Onların gizləndiyi mağarada silah arsenalı, o cümlədən iki snayper tüfəngi, iki AK-74 avtomatı, 35 əl qumbarası, iki RPQ-7 qumbaraatanı, böyuk kalibrli pulemyot və xeyli sayda döyüş sursatı aşkarlanıb.

Oxşar Xəbərlər