2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2,221 milyard dollar olub ki, bu da 2019-cu illə müqayisədə 187,296 milyon dollar çoxdur.
Bu barədə QİA.AZ-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ildə Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.
2020-ci il ərzində Türkiyənin xarici ticarət dövriyyəsi 388,879 milyard dollar təşkil edib.
Türkiyənin ixracı 2019-cu illə müqayisədə 6,3 faiz azalaraq 169,482 milyard dollar, idxalı 4,3 faiz artaraq 219,397 milyard dollara bərabər olub.
Qeyd edək ki, 2019-cu ildə Türkiyənin xarici ticarət dövriyyəsi 374,236 milyard dollar təşkil edib.