Türkiyə ilk milli elektrik qatarlarını istifadəyə verəcək

2003-2020-ci illərdə Türkiyədə dəmir yoluna 212 milyard lirə sərmayə qoyulub.

QİA.AZ” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Nazir qeyd edib ki, ölkənin dəmir yolu şəbəkəsinin yenilənib. Onun sözlərinə görə, Türkiyədə dəmir yolunun uzunluğu 12 min 803 kilometrə çatıb.

Hazırda 3 min 500 kilometr dəmir yolu xətti inşa olunur. “Bütün dəmir yollarımızı elektrikləşdirilməsi istiqamətində işlərimiz intensiv şəkildə davam edir”, – Adil Karaismailoğlu deyib.

Nazir eyni zamanda sürəti saatda 176 kilometr olan ilk milli elektrik qatarının istehsalı üçün işləri tamamladıqlarını xəbər verib: “Qatarlarımız çox qısa müddətdə vətəndaşlarımızın xidmətində olacaq”.

Karaismailoğlu dəmir yollarının nəqliyyat növləri arasında karbon tullantılarının azaldılması baxımından əhəmiyyətli nəqliyyat sistemi olduğunu nəzərə çatdırıb. “Türkiyə Respublikası Dövlət Dəmir Yolları (TCDD) tərəfindən 2025-ci ilə qədər istehlak edilən enerjinin 50/100-dən çoxunu bərpa olunan enerji mənbələrindən əldə edəcəyik. Türiyənin dəmir yollarının 1 753 kilometri və ya 45 faizi elektrikləşdirilib”.

Oxşar Xəbərlər