Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb.
QİA.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan etibarən Kapıköy sərhəd-keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin gediş-gəlişi bərpa olunub.
Bildirilib ki, keçid PCR testi vermiş və vaksin pasportuna malik şəxslər üçün mümkün olacaq.
Bundan əlavə, Gürbulak və Esendere sərhəd-keçid məntəqələrindən də buraxılış bərpa olunub.