Türkiyə Kubokunda 1/4 final mərhələsinin növbəti qarşılaşması baş tutub.
“Beşiktaş” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib.
Ev sahibləri 32-ci dəqiqədə Ucanın qolu ilə hesabı açıblar. 58-ci dəqiqədə Tosun fərqi artırıb – 2:0.
Bu nəticə “Qara qartallar”ı Türkiyə Kubokunun yarımfinalına çıxarıb.
Xatırladaq ki, dünən keçirilmiş ilk 1/4 final matçında “Fənərbağça” gözlənilmədən “Ankaragücü”nə 3:0 uduzaraq turnirdə mübarizəsini dayandırıb.