Türkiyə Maarif Fondunun Azərbaycanda ofisi açılacaq

Fev4,2021

Türkiyə Maarif Fondunun sədri prof. Birol Akgün quruluşun Azərbaycan şöbəsinin açılması üçün Azərbaycana gəlib.

“QİA.AZ” xəbər verir ki, bu barədə məlumatı “TRT Avaz” telekanalı yayıb.

Birol Akgün Azərbaycanda Türkiyə Maarif Fondunun məktəblərinin açılacağı anonsunu verib:

“Azərbaycan ilə iki ildir üzərində işlədiyimiz anlaşma memorandumu var. Bu gün razılaşa bildik. Bu gün təhsil və xarici işlər nazirləri ilə görüşdük. Sənədin imzası aysonu Türkiyəyə gələcək Azərbaycanın təhsil naziri Emin bəyin iştirakı ilə atılacaq. Daha sonra biz burada ofis açacağıq və ən qısa zamanda texnik prosedurları tamamlayaraq Türkiyə Maarif Fondunun məktəblərini açmağa başlayacağıq”.

Xatırladaq ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünü qəbul edib.

Oxşar Xəbərlər