Türkiyə MN: Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük

31 MART

Türkiyənin Milli Müdafiə Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

“QİA.az” xəbər verir ki, nazirliyin tvitter səhifəsində yerləşdirilən paylaşımda bildirilib:

“103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni quldurları tərəfindən soyqırımına məruz qalan Azərbaycan türkü qardaşlarımızı rəhmətlə yad edir, Azərbaycan türkü qardaşlarımızın acısını bölüşürük”.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər