Türkiyə MTŞ: “Bölgəmizin gələcəyində terrora və onu dəstəkləyənlərə yer yoxdur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası başa çatıb.

Görüşdən sonra verilən açıqlamada terrorla mübarizə vurğulanıb.

“Bölgəmizin gələcəyində terrora və onu dəstəkləyənlərə yer yoxdur”, – deyə bəyanatda bildirilib.

Qeyd edək ki, Prezident Kompleksində keçirilən görüş 2,5 saat davam edib.

Görüşdən sonra verilən bəyanatda İraqla strateji əməkdaşlıq, terror təşkilatlarının Avropa ölkələrinə hücumları, Qəzzadakı hadisələr və 31 mart seçkisi ilə bağlı məsələlər də yer alıb.

Mənbə: Haber Global

Oxşar Xəbərlər