Türkiyə Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Türkiyə Milli Müdafiə Nazirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Bununla bağlı nazirliyin rəsmi tviter hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya uğraması xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, bütün azərbaycanlı qardaşlarımıza isə başsağlığı və səbr diləyirik”, – paylaşımda vurğulanıb.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Oxşar Xəbərlər